top of page

Dünyaca məşhur olan "Cubalibre" kokteylinin necə yarandığını bilirsiniz?

  • Writer: Centro de Español Bakú
    Centro de Español Bakú
  • May 17, 2022
  • 1 min read

Çoxları bu kokteylin adını 20-ci əsrin ortalarında Kuba inqilabı ilə əlaqələndirir. Bu da başa düşüləndir, çünki “Cuba Libre” deyiləndə ilk ağıla gələn Çe Gevaranın qəhrəmanlıq obrazı, qələbə çalan inqilab və təbii ki, lənətlənmiş Qərbə qarşı müxalifətdir.İçki özü bir növ etiraz kimi çıxış edir. Gözəl səslənir, amma təəssüf ki, bu kokteylin yaranmasına səbəb olan hadisələr çox əvvəl baş verib. Üstəlik, ABŞ-ın təmsil etdiyi həmin lənətlənmiş Qərb əslində Kubanın müstəqillik qazanmasına kömək edən yeganə müttəfiq oldu. Cuba Libre! Kokteyli bu heyrətamiz birliyin simvolu oldu. Hekayə isə 1895-ci ildə başladı. Bu zaman ada İspaniyaya məxsus idi və Kuba bir dövlət olaraq hələ mövcud olmasa da, xalq artıq müstəqillik istəyirdi. Bu məqsəd naminə xalq artıq iki dəfə silaha sarılıb, hər iki müharibədə məğlub olub.Həmin il Kuba üsyançıları üçüncü cəhd edirlər, Amerikanın köməyi olmasaydı, bu cəhd də uğursuz ola bilərdi. 1987-ci ildə ABŞ İspaniya ilə müharibəyə müdaxilə etdi və Amerika qüvvələri azadlıq adasındakı Kuba üsyançılarına kömək etmək üçün gəldilər, həmçinin ruhanilərin nümayəndələri də vaiz Uorren Çandlerin simasında adaya gəldilər. Daha sonra özü ilə iki şey gətirdi, bunsuz, onun fikrincə, amerikalı əsgəri güllələr altında göndərmək mümkün deyil. Birincisi, silah şücaətləri üçün xeyir-dua İkincisi isə Coca-Coladır. Məlum olub ki, Uorren Çandler məşhur brendin o vaxtkı sahibi - Asa Qriqs Çandlerin qardaşı olub. Beləliklə, kiçik qardaşa bu qazlı içkinin bazarını genişləndirməyə kömək etməmək günah olardı. Təbii ki, bu içki Kubaya gəlməsə idi, "Cuba Libre!" içkisini hazırlamaq mümkün olmazdı.

 
 
 

Comments


bottom of page