top of page

İspan ad və soyadları

  • Nərgiz Piriyeva
  • Jan 25, 2021
  • 2 min read

Öz qeyri-adiliyi, fərqliliyi və çeşidliyi ilə fərqlənən İspan adları və soyadları bir çoxlarının marağını çəkməklə yanaşı əksər hallarda çaşqınlığa da səbəb olur . Niyə ispanların bu qədər çox adı və soy adı olur? Federiko Qarsia Lorkanın adı Federikodur yoxsa Qarsia? Bəlkə Lorka? Əgər biri onun adıdırsa bəs digərləri nədir? Bu olduqca qarışıq görünən adlandırma ənənələrinin kökləri nələrə bağlıdır?


İspan adları adətən 3 əsas elementdən ibarət olur. Ad (nombre) və iki soyad (apellido).


İspan adları


Əvəllər ispanlarda öz uşaqlarına bir neçə ad vermək kimi adət var idi.Bu adət bir neçə adı olan uşaqların daha çox sayda mələklər tərəfindən qorunacağına olan inancla bağlı idi. İspanlarda uşağa verilən ilk ad adətən xaç suyuna salınma mərasimində verilən dini adlar olurdu. Zamanla isə uşaqlara ikili adların verilməsi ənənəsi yaranmağa başladı və kilsədə verilən ilk, dini adlardan ( Xose, Maria) başqa ailələri tərəfindən seçilən və gələcəkdə müraciət ediləcək şəxsi adlarda verildi.


Məsələn : José Juan və ya María Carmen (José ve María “dini adlar”, Juan və Carmen isə “şəxsi adlar”).


Zamanla isə bu ənənə dəyişməyə başladı və hazıda ispanlar öz uşaqlarına istədikləri iki və hətta istəyə bağlı olaraq daha çox sayda ad verə bilərlər.


İspan Soyadları


İspan adlandırılmasındakı özünüəməxsusluq elə məhz 2 soyadın istifadəsi ilə başlayır. Bu soy adlardan birincisi ata soyadı ( apellido paterno və ya primer apellido) və ikincisi ana soyadı ( apellido materno və ya segundo apellido) olur. Rəsmi müraciət zamanı yalnız ilki yəni ata soyadı istifadə olunur və uşağa əksər hallarda valideylərinin atalarının soy adı keçir.

Məsələn:

Ata : Juan (adı) Rodríguez ( ata soyadı) Martínez (ana soy adı)

Ana: Carmen (adı ) García ( ata soyadı) Fernández (ana soyadı)


Uşaqları : Carlos Rodríguez ( atasının ata soyadı) García (anasının ata soyadı)


Ancaq istisna hallarda şəxslərə ana soyadı ilə müraciət olunmasına və ya tanınmasına şahid oluruq. Pablo Picasso ( Pablo Ruiz Picasso) Ata soyadının Ruiz olmasına baxmayaraq ana soyadı olan Picasso ilə tanınır.Bunun səbəbi isə İspaniyada Ruiz soyadının kifayət qədər geniş yayılmış olması amma Picasso soyadına çox az rast gəlinməsidir.

İspanlar evlənərkən də soyadlarını dəyişmir sadəcə həyat yoldaşının ata soyadını öz soyadına əlavə edir.Bundan başqa bəzi hallarda iki məcburi olan soyaddan əlavə şəxsə 3-cü soyad da verilirdi.Bu isə keçmiş zamanlarda ispaniyada uzun və çox sözdən ibarət olan adların yüksək sosial statusun göstəricisi olması ilə əlaqəli idi. Məhz bu səbəbdəndir ki, bir çox məşhur İspanların olduqca uzun adları və soyadları var. Məsələn : Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Ruiz y Picasso .

 
 
 

2 Comments


Centro de Español Bakú
Centro de Español Bakú
Feb 03, 2021

De nada 🙏😊

Like

Xatai Huseynov
Xatai Huseynov
Jan 26, 2021

muy interesante, muchas gracias )

Like
bottom of page