top of page

İspaniya Azərbaycanlıları ilə müsahibə (2)

  • Writer: Centro de Español Bakú
    Centro de Español Bakú
  • Feb 6, 2021
  • 4 min read



-Ad, soyadınız və yaşınız?

- Adım Cəmil Quliyev, amma İspaniya ve Avropada "Josef de Salian" kimi tanınıram. 36 yaşım var. Sənətimlə əlaqədar (gitara) "Josef de Salian" təxəllüsü yaranıb. Bir İspan dostumun "Josef de Lucia" çağırırdı və məni belə təqdim edirdi. Bildiyiniz kimi gitaranın İspaniyadakı məskənlərindən biri Andalusiya əyalətini və dünyaca məşhur gitara ifaçısı "Paco de Lucia" nı örnək alaraq məni elə çağırırdı. Məndə "Lucia" yerinə doğulduğum Salyan rayonunun təxəllüsünü götürərək, beləliklə "Josef de Salian" oldum.

- Neçə müddətdir İspaniyada yaşayırsınız?

- 10 ilə yaxındır ki, İspaniyadayam

- İspaniyaya getməyə necə qərara gəldiniz?

- İspaniyadan əvvəl Rusiyada ve Türkiyədə yaşayırdım,bununla yanaşı dünyanın bir çox ölkələrinə səyahət edirdim. Düzdür ki, yaşadığım iki ölkədə başqa peşə üzrə fəaliyyət göstərirdim (özümə məxsus idman klublarında məşqçi) İspaniyaya gəldim ve buradaki insanların isti qanlılığını ve İspaniyada gələcək üçün potensial olduğunu gördüm ve burada yaşamağa qerar verdim.

- İlk vizanızı necə aldınız?

- İlk vizami gənc vaxtlarımda idmançı olduğum üçün yarışlara gedərkən almışdım

- İlk 5 ayda nə kimi çətinliklərlə üzləşdiniz?

- Doğrusu heç bir çətinliklə üzləşmədim.

- Adaptasiya müddəti necə idi? Tez və ya gec?

- Adaptasiya müddəti olmadı. Sanki neçə illərdir burada yaşayırammış kimi hiss edirdim. Ümumiyyətlə heç bir ölkədə adaptasiya problemi yaşamıram.

- Köçdüyünüz şəhər gözləntilərinizi qarşıladımı?

- Köçdüyüm şəhər Madrid şəhəridir və əlbəttə ki, qarşıladı.

- İspaniyanın 3 müsbət tərəfi?

- İspaniya digər Avropa ölkələri ilə müqayisə etdikdə yaşamaq daha rahatdır. 2, insanları çox isti qanlıdır. 3, gələcək üçün potensial var.

- İspaniyanın 3 mənfi tərəfi?

-Mənfi cəhəti odur ki, xəstəxanada və ya dövlət dairələrində bir işin varsa görüş götürməlisən və o görüş 1 ay sonra mümkün olur.

- İspaniyada yaşayarkən Azərbaycanda ən çox nə üçün darıxırsınız?

- Milli yeməklər (dovğa, dolma,şəkərbura, paxlava)

- Azərbaycan yoxsa ispan mətbəxi? İspan mətbəxi haqqında fikirləriniz? Ən sevdiyiniz milli yeməkləri?

- Əlbəttə ki, Azərbaycan mətbəxi. İspaniya mətbəxində ən sevdiyim yemək paelladır.

- Gündəlik Azərbaycan yoxsa ispan milli yeməklərinə üstünlük verirsiniz? Hansı Azərbaycan yeməyini orada hazırlamaqda çətinlik çəkirsiniz?

- Hər ikisini hazırlayıram. Yuxarıda yazdığım yeməkləri hazırlamaqda çətinlik çəkirəm.

- Milli bayramlarımızı qeyd edirsiniz?( Novruz və s.)

- Milli bayramları səfirlik təşkil edərsə iştirak edirik amma böyük səviyyədə təşkil olunmur.

- Azərbaycan xəbərlərini izləyirsiniz?

- İndi ele bir dövürdür ki, sosial şəbəkələrdən bütün məlumatları əldə etmək olur. Sən istəsən də istəməsən də dostluğunda kimsə paylaşırsa sənin qarşına çıxır. Facebook - da qarşıma maraqlı xəbər çıxdığı zaman nəzər yetirirəm.

- Nə vaxtsa təməlli olaraq Azərbaycana qayıtmağı düşünürsünüzmü?

-Xeyr, düşünmürəm.

- Azərbaycan və İspaniyanın bənzər xüsusiyyətləri?

- Əhalisinin istiqanlı olması.

- İspaniyada sizə qəribə gələn şeylər?

- Bir - birlərinə pomidor çırpmaları.

- İspaniyada olan Azərbaycanda olmayan nəyi buraya gətirmək istərdiz? (Bu bir adət - ənənə də ola bilər)

- bu barədə düşünməmişəm.

- Düzdür ki, ispanlar əylənməyi çox sevir və heç nəyi dərd etmirlər?

- Düzdür, İspanlar əylənməyi həddindən çox sevirlər. Bu da onların özlərinə verdiyi dəyərdən irəli gəlir çünki, əgər həftənin 5 gününü işləyirsə ,2 günü özlərinə ayırmağı borc bilirlər.

- İspanlar deyirlər yeni ildə gecə saat 12 olanda 12 üzüm yeyirik. Siz də bu adəti yerinə yetirirsiz?)

- Bəli, düzdür. Bəzən hə, bəzən yox.

- İspan dostlarınız var? Ümumiyyətlə gündəlik əlaqədə olduğunuz insanlar daha çox hansı ölkələrdəndir?

- bəli, var. Hal - hazırda günümün çox hissəsini görüntülü olaraq İspaniyanin başqa şəhərlərində yaşayan 3 Azərbaycanlı dostumla keçirirəm, amma Madriddə İspan dostlarımla vaxtımı keçirirəm.

- İş tapmaqla bağlı çətinlikləriniz olub mu?

- Yox heç bir çətinlik çəkmədim.

- Hansı sektorda işləyirsiniz? Maaşınız İspaniyanın həyat səviyyəsi ilə uyğunlaşır?

- Hal - hazırda musiqi sektorunda fəaliyyət göstərirəm. Bəli, maaşım İspaniyanin həyat səviyyəsi ile uyğunlaşır. (artıqlamasıyla)

- İspaniyada ev kiralamaq yoxsa almaq? Tək yoxsa mənzil bölüşərək yaşamaq daha avantajlıdır?

- Baxır maddiyətə. İmkanı olan ev alması əlbəttə yaxşıdır. Mən kiminləsə evi bölüşmək tərafdarı deyiləm, amma burada çox normal haldır.

- İspaniyada hansı məhsulların qiyməti sizə baha, hansıların daha ucuz gəlir?

- İspaniyada heç bir məhsulun qiyməti mənə baha gəlmir . Hətta Azerbaycanla müqayisə etdiyim zaman ucuz gelir.

- Bir insanın orta aylıq xərci nə qədərə çatır?

- Bu insandan insana dəyişir. Adam var tək otaqda qalır ve otağa 300 avro minimum ödəyir ve eyni zamanda qənaətcil yaşayır, bu insana 900-1200 arası bes edər. Amma mənə elə gəlir əgər tək ev kirayə götürmüsənsə və komunalları da hesablasan 2000-2500 arası minimum.

- Kommunal xərclər, internet və mobil danışıqlar üçün nə qədər xərcləyirsiniz?

- 350-400 arası

- Kafe və restoranlara insanlar nə sıxlıqla gedir?

- Kafe restorana getmək İspanlarin mədəniyyətində var. Evin altindakı bara düşüb, her gün orada mütləq vaxt keçirməyi sevirler.

- Deyirlər ispanlar çox və hündürdən danışırlar. Bu sizi sıxır?

- Bəli, sıxır bu adətən kafe tipli yerlərdə olur. Men o tip yerlərdən az istifadə edirem. Adətən səssiz yerlərə üstünlük verirəm.

- İspanların xaricilərə olan münasibəti?

- İspanların gəlmələrə olan münasibəti çox gözəldir.

- Qaldığınız şəhər nəyi ilə məşhurdur?

- Futboluyla REAL MADRİD

- İspaniyanın ən sevdiyiniz şəhəri? Və gəzməli görməli yerlər arasında haraları məsləhət görərdiniz?

- Ümumiyyətlə İspaniya turizm,tarix ve mədəniyyət ölkəsi olduğundan, İspaniyanin hər şəhəri gözəldir. Demək olar ki, bütün şəhərlərə səyahət etməyə dəyər. Mənim bəyəndiyim yerlərdən bəziləri Cantbria,Santander,San Sebastian, Asturias,Sevilya,Kordova,Toledo, çox saymaq olar.

- İldə neçə dəfə səyahət edirsiniz? Və haralara?

-İşimlə əlaqədar səyahətlərim çox olur(pandemiyadan öncəsi üçün deyirəm) ildə 7-8 dəfə ən azından. İspaniya ve Avropa daxilində


Suallarımızı cavablandırdığı üçün İspan Dili Mərkəzi ailəsi adından Cəmil bəyə təşəkkür edirik!

 
 
 
bottom of page