İspaniyanın heyrətamiz körpüləri
- Albert Espinal Valverde
- Feb 10, 2021
- 6 min read
Updated: Feb 13, 2021
İspaniyanın yalnız İsveçrədən sonra ikinci ən dağlıq Avropa ölkəsi olduğu deyilir.
Dağ silsilələrinin və çay vadilərinin çox sayda olması İberiya yarımadasının roman dövründən bəri körpülərlə dolu bir əraziyə çevrilməsinə səbəb olmuşdur.
Yarımadada körpü və yolların inşasını təqdim edən məhz roman sivilizasiyası idi. Əsərlərinin möhkəmliyi əsrlər boyu modifikasiya, təmir və yenidənqurma işlərindən keçərək onların bir çoxuna bu günə qədər gəlib çıxmağa imkan verdi.
Aşağıda İspaniyadakı 20 körpünün siyahısını təqdim edirik:
1) Adı: Alkantara Körpüsü

Yer: Alkantara kəndi, Kaseres əyaləti.
Tikintinin başa çatması: 104-cü il.
Üzərindədir: Taqus çayı.
Bu körpü dövlət tərəfindən deyil, bölgədəki 12 şəhər tərəfindən, Taqus çayının iki sahilini (şimal və cənub) birləşdirmək üçün maliyyələşdirilib.
2) Adı: Beynəlxalq Guadiana Körpüsü

Yer:İspaniya-Portuqaliya sərhədi, Huelva əyalətinin Ayamonte şəhəri.
Tikinti başa çatdı: 1991-ci il.
Üzərindədir: Quadiana çayı.
İspaniya və Portuqaliya hökumətləri arasındakı bu körpünün inşası 1960-cı illərə təsadüf edir. İşin ən böyük çətinliyi bu nöqtədə (Atlantik Okeanın ağzından 8 km məsafədə) Guadiana çayının kanalının yarım kilometr enində olması idi. Sevilya-
Laqos yolu bu körpünün üstündən keçir.
3) Ad: Yardım Anamız Körpüsü

Yer: İspaniya-Portuqaliya sərhədi, Badajoz əyalətinin Olivenza şəhəri.
Tikintinin başa çatması: 1521-ci il. Son dağıdılma İli: 1709.
Üzərindədir: Quadiana çayı.
Quadiana çayının iki tərəfində yerləşən Elvas və Olivenza şəhərlərini bir-biri ilə əlaqələndirmək üçün bu körpünün inşasına əmr verən şəxs Portuqaliya kralı 1-ci Manuel idi. Hər iki şəhər 1801-ci ilə qədər İspaniyanın işğal etdiyi və Olivenzanı öz ərazisinə daxil etdiyi müddətə qədər Portuqaliyaya məxsus idi. (baxmayaraq ki, 1815-ci ildən bu yana Portuqaliya bu işğalı rəsmi olaraq tanımır).
Körpü 3 dəfə dağıdıldı: 1597-ci ildə sel səbəbindən, 1646 və 1709-cu illərdə İspan əsgərləri tərəfindən (Portuqaliyanın Azadlıq Müharibəsi və İspaniyada Ardıcıl Müharibələr
zamanı).
Son dağıntıdan sonra bir daha təmir edilmədi.Onun cəmi 19 aşırımı var idi və hazırda Portuqaliya tərəfində 8, İspaniya tərəfində isə 5 aşırımı qalır.
4) Adı: “Pont de Besalú”

Yer: Girona əyalətinin Besalu şəhəri.
Tikinti: 11-ci əsr.
Üzərindədir: Fluvia çayı.
Daşqın səbəbi ilə bu körpü 14-cü, 15-ci və 18-ci əsrlərin hər birində iki dəfə təmir edilməli oldu. Son dəfə körpü İspaniya Vətəndaş Müharibəsi (1936-1939)
dövründə respublikaçılar geri çəkilən zaman dağıdıldı. Kataloniya əraziləri General Frankonun qoşunları tərəfindən işğal edildiyi üçün respublika qoşunları və çoxsaylı mülki əhali düşmənin istilasını daha da çətinləşdirmək üçün tərk etdikləri körpüləri
və tunelləri dağıdaraq Fransaya qaçdılar.
Besalu, 9-dan 12-ci əsrə qədər əhalinin yerləşdiyi əhəmiyyətli mərkəz idi. Frank
Krallığı (şimalda) ilə müsəlman hökmranlığında olan torpaqlar (cənubda) arasında yerləşən parçalanmış xristian ərazilərindən birinin paytaxtı idi. Bu iki güclü ərazi arasında yerləşməsi Besalu ətrafında bir müdafiə divarının inşasına səbəb oldu.
Körpü bu divarın bir hissəsi idi. Giriş və saat gözətçi hələ də körpünün tam mərkəzində qorunur.
5) Adı: “Pont Nou”

Yer: Cirona əyalətinin Kamprodon şəhəri.
İnşaat: 13-cü əsr.
Üzərindədir: Ter çayı.
Besaluda olduğu kimi bu körpünün də müdafiə funksiyası var idi: giriş və gözətçi qülləsi qorunub saxlanılmışdır. Bu körpüdən başlayan yol, Kamprodon qəsəbəsini La Serdanya yaylası ilə birləşdirirdi (hal-hazırda iki dövlət arasında bölünür:
İspaniya və Fransa).
6) Adı: Roman Körpüsü (və ya “Puentón”)

Yer: Kangas de Onis şəhəri, Asturias muxtar icması. İnşaat: 14-cü əsr.
Üzərindədir: Sella çayı.
Xalq arasında "roman" kimi tanınmasına baxmayaraq, mövcud körpü orta əsrlərdə Kastiliya kralı 11-ci Alfonsonun əmri ilə inşa edilmişdir. Yəqin ki, əvvəllər bu yerdə roman körpüsü var idi. Hal-hazırda Asturiasın simvoludur. 1931-ci ildə İspaniyada 2-ci Respublika hökuməti tərəfindən "Tarixi Bədii Abidə" elan edildi. Bir çox digər körpülər kimi o da İspaniya Vətəndaş Müharibəsi zamanı zərər gördü. 1939-cu ildə müharibə bitdikdən sonra "Zəfər Xaçı" çağırışı körpünün mərkəzinə asıldı.
7) Adı: San Pablo körpüsü

Yer: Kuenka şəhəri.
Tikinti başa çatdı: 1903-cü il.
Üzərindədir: Huekar çayı.
Əvvəllər burada 1589-cu ildə tamamlanmış və 1895-ci ildə çökmüş bir daş körpü var idi. Köhnə daş körpü, şəhərlə şəhərdən kənarda yerləşən San Pablo Manastırını birləşdirirdi. Hazırkı metal körpü Valensiya şəhərindən olan sahibkarlar və mühəndislər tərəfindən dizayn edilmiş və inşa edilmişdir.
8) Adı: “Pont de la Kapella”

Yer: Lleida vilayətinin Espot qəsəbəsi.
Tikinti: 11-ci əsr.
Üzərindədir: Escrita çayı.
Espot şəhəri, Pireneydəki dərin bir vadidə yerləşir və Escrita çayı ilə bölünür. Bu tip yüksək dağ vadilərində olduğu kimi, çay da iki yamacı aydın şəkildə fərqləndirir: günəşli, günəş istiliyinə daha çox məruz qalan və əsasən soyuq olan kölgəli.
Bu körpü Kataloniya Pireneyinin simvollarından biri olan San Maurisio gölünə 7 km məsafədədir.
9) Adı: “Pont de les Peiksateries Velles”

Yer: Cirona şəhəri.
Tikinti başa çatdı: 1877-ci il.
Üzərindədir: Ter çayı.
Bu körpü şəhərin simvollarından biridir. Parisin ən məşhur qülləsini inşa edən Qustave Eyfelin şirkəti tərəfindən inşa edilmişdir. Orta əsrlər məhəlləsini qərb məhəllələri ilə birləşdirir.
10) Adı: “Pont del Diable”

Yer: Barselona əyaləti Martorell şəhəri.
İnşaat: eramızdan əvvəl I əsr. Dərin yenidənqurma və yenidən qurma: 13-cü əsr.
Üzərindədir: Llobreqat çayı.
XIV əsrə qədər Llobreqat çayının cənub yarısı yalnız bu körpüdən keçirdi. Hazırda çayın eyni hissəsində onu keçən daha 5 körpü var (3-ü dəmir yolu, 2-si avtomobil yolları üçün). 1768-ci ildə, 1933-cü ildə və 1950-ci ildə yenidən quruldu, çünki İspaniya Vətəndaş müharibəsi zamanı digər körpülərlə eyni taleyi yaşadı.
11) Adı: Roman körpüsü

Yer: Badaxoz vilayətinin Merida şəhəri.
İnşaat: eramızdan əvvəl I əsr.
Üzərindədir: Guadiana çayı.
Bu, İberiya Yarımadasında bu günə qədər qorunan ən uzun roman körpüsüdür.
1993-cü ildə YUNESKO-nun Dünya İrsi Siyahısına salındı. Uzunluğu təqribən 800 metrdir və 60 tağdan ibarətdir. Guadiana çayının kanalın geniş olmasına baxmayaraq suyun çox az olduğu bir nöqtəsindədir.
4 əsr boyunca Merida,Lusitania adlanan roman vilayətinin paytaxtı idi və o dövrdə şəhər “Auqusta Emerita” adlanırdı. 1983-cü ildən bəri Merida, Extremadura muxtar icmasının paytaxtıdır. Bu şəhərdə digər roman abidələri də qorunub saxlanılmışdır: Diana Məbədi, teatr, sirk və su kəməri.
12) Adı: “Pont Vell”.

Yer: Osona şəhəri, Cirona əyaləti.
İnşaat: XV əsr.
Üzərindədir: Osor çayı.
Arxeoloji tədqiqatlar, orijinal körpünün bu gün görə bildiyimiz əsas tağdan əlavə, daha 4 kiçik tağının (hər tərəfdə 2) olduğunu göstərir. Kiçik tağların sahəsi qəsəbə əhalisi artanda evlərin tikintisi və genişləndirilməsi ilə məşğul idi.
13) Adı: Vizkaya Körpüsü

Yer: Portuqalete şəhəri, Vizkaya əyaləti
Tikinti başa çatdı: 1893
Üzərindədir: Bilbao hövzəsi.
2006-cı ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmışdır. 1937-ci ilin iyununda İspaniya Vətəndaş Müharibəsi dövründə respublika qoşunları Franko birliklərinin irəliləməsinə mane olmaq üçün körpünü dağıtdılar. Yalnız 4 il sonra yenidən istifadəyə verildi. Bu körpü 160 metrlik bir marşrut boyunca nəqliyyat vasitələri və sərnişin daşıyan asma platformadan ibarətdir. Dünyada belə xüsusiyyətləri olan ilk körpü idi. Bu platformadan avtomobildə istifadə etmək yolda 20 km sürməyə qənaət edir. Günün 24 saatı işləyir.
14) Adı: Roman körpüsü (və ya Köhnə körpü)

Yer: Kordova şəhəri.
İnşaat: 1-ci əsr.
Üzərindədir: Guadalkivir çayı.
1994-cü ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınmışdır. 1953-cü ilə qədər bu, Kordova şəhərində Guadalkivir çayı üzərindəki yeganə körpü idi.
Körpünün şimal ucunda, divarlı şəhərin giriş qapılarından biri olan “Puerta del Puente” var. Bu qapı XVI əsrin sonlarında tikilmişdir. Körpünün cənub ucunda, şəhərin girişini qorumaq üçün XII əsrdə inşa edilmiş İslam qalası “Torre de la Kalaorra” dayanır.
15) Adı: Yeni Körpü

Yer: Malaqa vilayətinin Ronda şəhəri.
Tikinti başa çatdı: 1793.
Üzərindədir: Guadalevin çayı.
Möhtəşəmliyi, gözəlliyi və bənzərsizliyinə görə Əndəlüsün ən görkəmli yerlərindən biridir. Körpünün yuxarı hissəsi həbsxana kimi istifadə olunurdu.
100 metr dərinlikdə dar bir dərədən keçir.
16) Adı: Tormesin böyük körpüsü (və ya Roman Körpüsü)

Yer: Salamanka şəhəri
İnşaat: 1-ci əsr
Üzərindədir: Tormes çayı
1931-ci ildə 2-ci İspaniya Respublikası hökuməti tərəfindən "Tarixi Bədii Abidə" elan edildi. Bu körpü şəhərin mərkəzini (şimalı) kənar ilə (cənuba) birləşdirir. 20-ci əsrin əvvəllərinə qədər Salamanka şəhərinin Tormes çayı üzərindəki yeganə körpü bu idi.
Körpü iki hissəyə bölünür: roman mənşəli şimal və 12-13 əsrlər arasında inşa edilmiş orta əsr mənşəli cənub. Daşqınlar səbəbindən körpü 3 dəfə (1256, 1627 və 1767-ci illərdə) təmir edilməli oldu.
17) Adı: San Xuan de Qazteluqatxe körpüsü

Yer: Vizkaya vilayəti.
İnşaat: təxmini 11-12 əsrlər
Üzərindədir: Atlantik okeanı.
Bu dar körpü torpağı San Xuana həsr olunmuş kilsənin də yerləşdiyi kiçik bir ada ilə birləşdirir. Körpüdən keçdikdən sonra zahidliyə çatmaq üçün 241 pilləkən qalxmalısınız. Körpü, pilləkənlər və ada “Taxt Oyunları” ("Game of thrones") serialında səhnə olaraq istifadə edildi, amma zahidlik rəqəmsal texnologiyalardan istifadə edərək bir sarayla əvəz olundu. Möhtəşəmliyi, gözəlliyi və bənzərsizliyinə görə Bask Ölkəsindəki ən görkəmli yerlərdən biridir.
18) Adı: Castilya-La Mança körpüsü.

Yer: Toledo vilayətinin Talavera de la Reina şəhəri.
Tikinti başa: 2011
Üzərindədir: Taqus çayı.
Bu körpülər sırasında ən mübahisəlisidir. İspaniyada ən yüksək körpü olmasına baxmayaraq, inşası 73,5 milyon avroya başa gəldi ki, bu da ilkin büdcədən 28% çoxdur. Körpü heç vaxt tamamlanmamış əsas yolun bir hissəsi olmalı idi. Praktik olaraq istifadəsizdir: gündüz saatlarında körpü dəqiqədə yalnız bir maşın tərəfindən istifadə olunur. 83.000 sakini və% 30 işsizlik nisbəti olan kiçik bir şəhərə aiddir.
19) Adı: 2-ci İzabella körpüsü(və ya Triana körpüsü)

Yer: Sevilya şəhəri.
Tikinti: 1852.
Üzərindədir: Guadalkivir çayı.
İspaniyada qorunan ən qədim dəmir körpüdür. 1834-cü ildən 1935-ci ilə qədər Parisdə mövcud olan köhnə karusel körpüsündən ilham alınmışdır. Sevilya şəhərinin turizm ikonalarından biridir, çünki məşhur Triana məhəlləsini şəhər mərkəzi ilə birləşdirir. İnşasından 1880-ci ilə qədər, Kordova şəhəri ilə Atlantik Okeanının ağzı arasındakı son 300 km boyunca Guadalkivir çayı üzərindəki yeganə körpü idi.
20) Adı: Daş körpü

Yer: Zaraqoza şəhəri
Tikinti başa çatdı: 1440
Üzərindədir: Ebro çayı
Bu körpünün inşası 40 il davam etdi. 839-cu ildə Əmir 2-ci Əbdürrəhman əmri ilə yenidən tikilmiş ilk Roma körpüsünü əvəz etdi. 1643-cü il daşqını, körpünün iki mərkəzi tağını dağıtdı. 1895-ci ilə qədər bu, Zaraqoza şəhərinin Ebro çayı üzərindəki yeganə körpü idi.
Tərcümə etdi: Ulduz Quliyeva
Comments