İspaniyada metro
- Albert Espinal Valverde
- Sep 3, 2020
- 2 min read
Hal-hazırda İspaniyada metro xidməti olan 7 şəhər var:
1. Madrid
Buenos Ayresdən sonra metro xidməti göstərən 2-ci ispan dilli şəhər oldu. Onun cəmi 3.5 km-lik ilk xəttinin açılışı 1919-cu ilin oktyabrında Kral Xlll Alfonso tərəfindən edildi. Madrid metro şəbəkəsinin ən böyük genişlənməsi 1995-2007-ci illər arasında baş verdi. 2018-ci ildə 657 milyon istifadəçi var idi. Bu gün İspaniyada ən uzun şəbəkədir və ölkənin ikinci ən böyük şəbəkəsindən (Barselona) 2 dəfə çox stansiyaya sahibdir.

2. Barselona.
5 il sonra Barselona metro şəbəkəsinin açılışı da Xlll Alfonso tərəfindən edildi. Birinci xətt 1924-cü ilin dekabrında cəmi 4 stansiya və 2,7 km. uzunluqla xidmətə başladı. 1926-cı ilin iyununda şəhərdəki bütün qatar stansiyalarını birləşdirmək üçün nəzərdə tutulmuş ikinci metro xətti istifadəyə verildi. Hər iki xətt də Kataloniya meydanından keçirdi. 2018-ci ildə onun 407 milyon istifadəçisi var idi.

3. Valensiya.
İspaniyadakı 3-cü metro şəbəkəsi 1988-ci ilə qədər açılmadı. Əslində, bu 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində yaradılan bir neçə kiçik dəmir yolu və tramvay xətlərinin birləşməsi və təkmilləşdirilməsi nəticəsində baş verdi. Hal-hazırda ölkədə 3-cü ən böyük metro şəbəkəsidir. 2019-cu ildə onun 70 milyon istifadəçisi var idi.

4. Bilbao.
Bask ölkəsinin ən çox insan yaşadığı şəhərinin metro şəbəkəsi 1995-ci ildə istifadəyə verildi. 2019-cu ildə 97 milyon istifadəçi var idi ki, bu da ölkədə ən çox istifadə edilən 3-cü şəbəkə oldu.

5. Palma-de-Mayorka.
Balear adalarının paytaxtı 2007-ci ildən bəri öz metro şəbəkəsinə sahibdir. 2016-cı ildə 1,2 milyon istifadəçi var idi.

6. Sevilya.
Andalusiyanın paytaxtında metro şəbəkəsi 2009-cu ildə istifadəyə verildi. 2018-ci ildə 18 milyon istifadəçi var idi.

7. San Sebastian.
Bu şəhərdə 2012-ci ildən bəri metro var. 2017-ci ildə 11.5 milyon istifadəçi var idi. Maraqlıdır ki, başqa bir ölkədə, xüsusən də Fransanın Hendaye şəhərində bir stansiyaya sahib olan yeganə İspan metro şəbəkəsidir.

Albert Espinal Valverde
Tərcümə etdi: Ulduz Quliyeva
Комментарии