top of page

"Netflix"də ispan dilində izləyə biləcəyiniz 12 maraqlı film.

  • Writer: Aysu Rustamova
    Aysu Rustamova
  • Mar 22, 2021
  • 3 min read

1)"Corazón loco" - "Dəli ürək"

Bir adam düşünün hansı ki, 9 ildir aralarında 500 km məsafə olan 2 fərqli şəhərdə 2 ailəsi var. Bir ailəsi 23 illik 2 böyük qızı ilə digər ailə 8 yaşlı balaca oğlu ilə. 2 fərqli həyatını birləşdirən tək şey peşəsidir. Onun maşını, evi, hər şeyi fərqlidir -hər ikisində.

Görəsən hər iki qadını sevir?

Sizcə həyat yoldaşları bunu öyrəndikdən sonra nə edəcəklər?

Peşəkar şəkildə qurulmuş, amma bütün yalanlar kimi sonu olmayan həyat hekayəsini gülərək izləyəcək və zövq alacaqsınız.


2)"Perdiendo el norte" - "Şimalı itirərək"

Təəsüf ki, bir yox minlərlə insanın real həyatlarından bəhs edir. Xaricə getmək, ölkədən qaçmaq? Öz ölkələrində bacarmayan gənclər Almaniyaya yola düşürlə..Və təbii ki, ilk qarşılaşdıqları miqrant (xarici) türk olur. Həqiqətən çoxunun Almaniyaya qaçışında türk restoranlarının mütləq ki izi vardır.Bu gənclər də bütün şanslarını sınadıqdan sonra ailələrinin "fəxri" olmaq üçün yalan deməkdən qaçınmırlar.Xaricdə həyat xəyalı ilə yaşayan gənclərin həyatını incə çizgilərlə gözəlcə göstərən bir filmdir.

Tanıdığınız məşhur Ursula ( Tokio) - nın və başqa çox məşhur ispan hətta türk aktyorların rol aldığı bir film..

3)"La pequeña Suiza" - "Balaca İsveçrə"

İspaniyanın nə qədər gözəl və hər diyarı bir- birindən fərqli olduğunu bilirsiniz?

İspaniyanın şimalında "Castillo y León"-a aid amma özlərini bask hiss edən,o dildə danışan bir qəsəbənin əhalisi Baskların bələdiyyəsi tərəfdən tərkiblərinə alınmayandan sonra isveçrəli Guiyermonun cəsədinin kilsələrində tapıldığından sonra özlərini Isveçrənin hissəsi kimi görür. Film siyasi yöndən çox şərh bəzən də tənqid olunub. Təbiətin gözəlliyi və qəsəbə həyatını görmək və gülmək istəyənlər üçün məsləhətlidir.

4)"Ay mi madre" - "Ay mənim anam"

Əndəlüs ruhunu az da olsa duymaq,onlar üçün

musiqinin əhəmiyyətini bilmək , onların dəfn adətlərini ,dağlıq səhraların arasında güllərlə

bəzədilmiş həyətlərini görmək, çox az da olsa aksentini eşitmək üçün

Mənasız başlayıb mənasız bitən bir film))

5)"El bar" - "Bar"

Virus? Müharibə? Sağ qalanlar qədər də həmişə qurbanlar olub deyil mi ?

Qorxu bizi hər məxluqa dönüşdürə bilər yoxsa əksinə qorxu bizə kim olduğumuzu göstərir?

Mətbuatda adi bir yanğın kimi görünən hadisənin arxa pərdəsində nələr olur?

Baş rollarında Mario Kasas, Blanka Suarez kimi sevilən aktyorların bölüşdüyü bu günə qədər baxdığım ən qeyri-adi film..Filmə baxanlar filmin həqiqi janrını anlaya bilmirlər. Çünki ilk dəqiqədən son dəqiqəyə qədər güldürən film eyni zamanda ciddi bir mövzunu izah edir..İspanca baxın!!


6)"Vivir dos veces" - "İki dəfə yaşamaq"

İşləri və təhsili üçün cavankən ayrılan və bir- birlərini heç vaxt unutmayan 2 yaşlının 1 dəqiqəlik söhbəti.

Bəzi şeylərin ağıldan yox da ürəkdən keçdiyini həqiqətən bəzən ürəyin ağıldan daha güclü və yaddaşlı olduğunu düşündürən mənalı bir film.

Mənə görə filmin baş qəhrəmanı Alzeimer xəstəliyindən əziyyət çəkən yaşlı baba yox onun hər əziyyətə dözən, əzmli qızı idi.

Qadınlar eşqinə )))


7)"Lo nunca visto" - "heç vaxt görülməmiş"

Bu kinoya mütləq baxmaq lazımdır.

Sadəcə 15 nəfər əhalisi olan İspaniya qəsəbəsinin böyük bir problemi var. Bələdiyyə sakinlərin sayının 18 nəfərə çatmadığı müddətdə ilkin ehtiyaclarını ödəməyəcəyini bildirir. (Bəzi lazimi tibbi aparatlar ,həkim və s.)

Kənd sakinləri bu problemlə məşğulkən anidən 4 Afrikan peyda olur .

"Birləşmək yaxud ölmək" şüarı ilə bu 4 nəfəri aralarına almaq qərarına gəlirlər.

Filmin ən sevdiyim hissəsi polislərin Afrikanları axtararkən "rəngli dəriləri axtarırıq" sualına Teresanın "hansı rəng" deməsi oldu))

Aktyorların möhtəşəm çıxışı filmi daha da maraqlı edəcək.


8)"Loco por ella" - "Ondan ötrü dəli"

-Bundan sonra nə küçədə qəmgin birini görəndə "gül" deməyəcəm, nə də xəstə birini görəndə "sən istəsən edərsən" deyərək onu dəyişmək istəməyəcəm. Ona sadəcə ehtiyacı olanda yanında olacağımı deyəcəm-

Bəzi əqli, mənəvi, hissi pozuntu və ya xəstəliyi olan insanların dəli olduğunu düşünən bir jurnalistin bipolyar pozuntusu olan qıza aşiq olması ilə məcara başlayır. Elə bir məcara ki, izləyicilərinə fərqli hisslər yaşadacaq və bu tip insanları anlamaqda kömək olacaq.


9)TOC TOC

Obsessiv-kompulsiv pozuntusu olan xəstələr kompüterdə yaranan problem səbəbi ilə eyni günə görüş götürür. Və gözləmə zalında hər kəs bir- biri ilə hansı xəstəliyinin olmasını izah edir. Onlardan

məsələn biri daim nəyisə unutduğu düşünür, digəri davamlı olaraq dezinfeksiya dəlisidir .Amma bir adam isə durmadan vulqar sözlər istifadə edir)) Filmin qeyri-adi və möhtəşəm sonluğu dünyaca məşhur olmasına səbəb olub.


10)"El árbol de la sangre" - "Qanın ağacı"

"La Casa de Papel" serialının sevilən aktrisası Ursulanın (Úrsula Corberó) baş rolunu oynadığı film iki sevgilinin necə birləşdiyini və öz həyatlarında baş verənlər haqqında birlikdə kitab yazmaq qərarına

gələrək ilk dəfə tanış olduqları uzaq kəndə yola düşmələri ilə başlayır.

Kitabı yazarkən özlərinin belə bilmədiyi dəhşətli həqiqətlərlə qarşılaşacaqlar.

"Həyatınızı xilas edən insan bir rus mafiyası olsaydı onu bağışlayardız?"

"Günahlarımıza görə təbiət bizi həqiqətən cəzalandırır"


11)"La tribu" - "Qəbilə"

İflasının ardından haqqında bütün mətbuatda ən insafsız və tərbiyəsiz iş adamı kimi bəhs edilməsinin ardından qəzayla bütün yaddaşını itirən gənc oğlanı bioloji anası sahiblənmək istəyir. Və onu üzvü olduğu rəqs qrupuna əlavə edir. Oğlunun keçmiş həyatını yenicə öyrənən ana olanları oğlundan və yaxınlarından gizləməyə çalışır.

"Rəqs bütün yaraları sağaldır"


12)"Thi mai Rumbo a Vietnam" - Vietnama doğru

Qızının ani ölümündən sonra qızının ölmədən

övladlığa götürdüyü Vietnamlı qız uşağını İspaniyaya gətirmək üçün 3 dost ilə məcara dolu yola çıxan qadının qanuni olaraq qız uşağına sahiblənməsinin mümkünsüz olduğundan xəbəri yoxdur. Maraqla və bol - bol gülərək izləyəcəyiniz, Vietnamın təbiətinin gözəlliklərinə heyran olacağınız möhtəşəm səyahət filmi.

"İnsan hər şeyi bacarar amma qərarını olması şərtdir"


 
 
 

Comments


bottom of page