Salar de Uyuni, Boliviya
- Türkay Rahimli
- Jun 6, 2022
- 1 min read
Boliviyanın cənubundakı And dağlarının ortasında yerləşən Salar de ▪️Uyuni dünyanın ən böyük duz düzənliyidir. Bu, keçmişdə göl olan və demək olar ki qurumuş özündən sonra səhra landşaftı buraxan , 10.582 kvadrat km parlaq ağ duz, qaya birləşmələri və kaktusdan ibarət səhra mənzərəsinə sahib bir yerdir. Onun mistik uzantısını mərkəzi İncahuasi adasından görmək olar. Bu unikal ekosistemdə canlı təbiət az olsa da, bir neçə çəhrayı flaminqoya ev sahibliyi edir. ▪️Dünyanın ən böyük güzgüsü adlanır. Bəziləri isə buranın başqa bir dünyaya açılan portal olduğuna inanır. İlin müəyyən vaxtlarında yaxınlıqdakı göllər daşır və nazik su təbəqəsi səma ilə yerin birləşməsinə şahid ola bilirik. ▪️Salar de Uyunidə iki fərqli mövsüm var. Yağışlı mövsüm (dekabr-aprel) ziyarətçilərin Saların nəfəs kəsən güzgü effektinin şahidi olmaq üçün gəldiyi zamandır. Dekabr və yanvar aylarında həddindən artıq yağışdan ehtiyatlı olmaq lazımdır , çünki bu, turun ləğvinə səbəb ola bilər. Quru mövsümdə (may-noyabr) temperatur daha soyuq olur, yer bərkiyir və səyahətçilər yağışlı mövsümdə əlçatmaz yerlərə səliqəli ağ mənzərə ilə gedilə bilər.
Comments