top of page

"Youtube" - da ispan dilini öyrənməkdə kömək olacaq 8 möhtəşəm kanal

  • Writer: Aysu Rustamova
    Aysu Rustamova
  • Jul 31, 2021
  • 2 min read

1) SGEL ELE Español para extranjeros



Sgel əslində illərdir bütün dünyaya ispan dilini öyrədən ən məşhur kitabların nəşriyyat evidir. Zənnimcə ispan dilinin təbliğində rolları əvəz olunmazdır. İllər əvvəl yeni bir layihə yaratdılar. Bu layihəyə görə hər il bir neçə gənc seçiləcək və ispanca video hazırlayacaqdılar. Belə də oldu və illərdir sevdiyim, tələbələrimlə baxdığım "Compañeros", "NEEM", "Diverso", "Vitamina" başlıqları ilə A1 səviyyəsindən B2 səviyyəsinə qədər maraqlı videolar bölüşdülər. Digər müsbət cəhəti ondan ibarətdir ki, bütün videoların elə ispanca orijinal altyazısı olan versiyaları da var.


2) SergiMartinSpanish


Sergi Youtube - da ana dili ispan dili olan müəllimlər arasında ən sevdiyimdir. İspanca danışdığı üçün A2 səviyyəsindən etibarən baxsaz daha yaxşı olar. Xüsusi ilə sizə çətin gələn qaydaların izahı və ya təkrar üçün çox gözəl videolardır.


3) Videoele


Videolar köhnə olsa belə məncə öyrənmək üçün baxmağa dəyər. Deməli kanalın istifadəsi çox sadədir. Linkə daxil olduqdan sonra olduğunuz səviyyə olan qovluğa daxil olursunuz və bildiyiniz dildə altyazı açaraq öyrənməyə başlayırsız))) Bu videoların sevdiyim cəhəti ondan ibarətdir ki, hər biri xüsusi bir qrammatik mövzuları maraqlı üsullarla izah edir.


4) SOL School of Language


SOL school ən faydalı olduğunu düşündüyüm "Youtube" kanalıdır. Beləki siz A1,A2,B1,B2 səviyyəsində hekayə kitablarını "audio" formasında həm dinləyib, həm də eyni zamanda görə, oxuya bilərsiniz. Bundan əlavə müəllimin izahı və günlük həyat təsvirləri ilə ispan dilində bütün qrammarik mövzuları öyrənib praktika edə biləcəyiniz 68 bölümdən ibarət öyərdici serial var.


5) Tu escuela de español


Heç vaxt sözləri tək öyrənmək mənim üçün yaxşı metod olmasada bəzi tələbələrim söz öyrənməklə dillərini inkişaf etdirə bildiklərini nəzərə alaraq bu kanalı sizinlə bölüşürəm. Kanaldaki qrammatik izahlar yeni başlayanlar üçün qarışıq olsa beıə "Vocabulario" yani lüğət üçün hazırlanan videolar faydalı ola bilər.



6) Spanish Playground


Dialoqlar dinləməklə, cümlələr daxilində qrammatika və lüğət bazasını inkişaf etdirmək istəyənlər üçün möhtəşəm kanaldır. Çox yavaş danışıqları sizə tam başa düşmənizdə kömək olacaq.

Kanalda maraqlı və fərqli üsullarda hazırlanmış videolar mövcuddur. O duki) kəşf edin)


7) Aprender español online


Düzünü desəm özümün ispanca öyrənərkən heç vaxt baxmadığım kanal olsa belə son günlər qarşıma çıxan videoları məni kanalın yararlı ola biləcəyi qənaətinə gətirdi. Onun üçün də, sizinlə bölüşmək istədim. Amma kanalda səviyyələr tam ayrılmadığı üçün baxdığınız videonun mövzusuna diqqət edin, çünki bəzən öyrənmək üçün baxmaq istədiyimiz əlavə dərs videoları çaşqınlığımıza gətirib çıxa bilər.


8) Tio Spanish: aprender español online


Ən çox istifadə olunan sözləri ayrı başlıqlı mövzular daxilində öyrənmək istəyirsinizsə bu kanalın hər biri təqribən 3 dəqiqədən ibarət 48 videolu qovluğu olan "Vocabulario"- ya daxil olun. Gramatika hissəsi də qısa olduğu üçün baxmağa dəyər.


Aysu Rustam
 
 
 

Comments


bottom of page